Sosial şəbəkədə biz:

Qəzada həlak olan tələbə evin tək oğluymuş - Atası da keçən il ölüb

09 March 2017, 21:44
Gündəm
Bugünkü qəzada dünyasını dəyişən tələbə Rəşad Caniyev evin tək oğlu olub. Tələbənin atasının iş yoldaşının İstiPress-ə verdiyi məlumata görə, onun bir bacısı var. Atası Füzuli Caniyev ötən ilin aprel ayında vəfat edib. Ölməmişdən əvvəl Suraxanı rayonunda neft buruqlarında çalışırmış. Neftçiymiş. İndi ailədən ana və qız qalıb.