Sosial şəbəkədə biz:

Türkiyədə partlayış - 7 yaralı

20 February 2017, 19:14
Gündəm
İstanbul şəhərinin Küçükçekmece rayonunda partlayış olub. “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, şirniyyat mağazalarından birində baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 7 nəfər xəsarət alıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub. Partlayışın qaz sızmazına görə baş verdiyi ehtimal olunur.