Sosial şəbəkədə biz:

Lerikdə güclü külək və çovğun fəsadlar yaradıb

19 February 2017, 10:16
Gündəm
Lerikdə güclü çovğun müşahidə edilir. Məlumata görə, saat 16 radələrindən güclü külək çovğunla əvəzlənib. Lerik-Zuvand yolunda avtomaşınların hərəkətində maneələr yaranıb. Kəlvəz, Pirəsurə, Orand, Mundigah, ümumilikdə, 12 ərazi vahidliyinə gedən yollarda hərəkət çətinləşib. Çayrud kəndi ərazisində qar uçqunu səbəbindən yol tamamilə bağlanıb. (APA)