Sosial şəbəkədə biz:

Binəqədidə partlayış - 4 nəfər yaralandı

21 January 2017, 14:53
Gündəm
Bakıda partlayış baş verib.
Moderator.az FHN-in saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb.
Qonşu evlər yanğından mühafizə olunub.