Sosial şəbəkədə biz:

Avtomobil idxalında 5 dəfəyə yaxın azalma

17 January 2017, 11:36
Gündəm
2016-cı ildə Azərbaycana cəmi 5 746 ədəd avtomobil idxal olunmuşdur. Dövlət Gömrük Komitəsinin hesabatında göstərilir ki, bu, 2015-ci illə müqayisədə 4,7 dəfə azdır. 2015-ci ildə Azərbaycana 26 785 ədəd avtomobil idxal olunmuşdu. Ötən il 4 991 ədəd minik avtomobili, 96 ədəd avtobus, 571 ədəd yük avtomobili, 88 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi idxal olunub.