Sosial şəbəkədə biz:

Mehman Hüseynov 200 manat cərimələnib SƏRBƏST BURAXILDI

10 January 2017, 16:36
Gündəm
Blogger Mehman Hüseynov sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib. APA-nın xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.