Bu gün səhər saatlarından başlayaraq Bakıya qar yağmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu paytaxtın əksər hissələrində müşahidə edilir. Bakıda hava şəraitinin dəyişəcəyi haqda dünən xəbərdarlıq yaymışdı. Bildirilir ki, dekabrın 08-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 09-da isə arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın minimal temperaturu 0-3 dərəcə şaxta təşkil edəcək.