Sosial şəbəkədə biz:

llərdir gizlədilən sirr ÜZƏ ÇIXDI

llərdir gizlədilən sirr ÜZƏ ÇIXDI
Xəbər Şəkli
15 September 2026, 11:47
Dünya

Keçmiş MİT mənsubu Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasındakı şübhəli ölümünə dair aparılan təhqiqat çərçivəsində ifadə verən "Kurtlar Vadisi" serialının ssenaristi Raci Şaşmaz illərdir müzakirə olunan iddialara cavab verib.

Şaşmaz serialdakı "Kaşifoğlu" obrazından tutmuş Osman Sınavın layihədən ayrılma prosesinə və FETÖ iddialarına qədər bir çox məsələyə dair diqqətçəkən açıqlamalar verib.

"Hürriyet" qəzetindən Musa Keslerin xəbərinə görə, seriala qaranlıq dairələrdən məlumat sızdırılması ilə bağlı iddiaları qətiyyətlə təkzib edən Şaşmaz heç bir qanuni və ya qanunsuz güc mərkəzi ilə əlaqələrinin olmadığını vurğulayıb.

Ssenarilərin tamamilə açıq mənbələrdən əldə edilən məlumatların, sosial müşahidələrin və dramatik gücün sintezindən ibarət olduğunu bildirən məşhur ssenarist bu iddiaların serialın uğuruna kölgə salmaq məqsədilə qəsdən uydurulduğunu müdafiə edib.

İctimaiyyətdə tez-tez müzakirə olunan serialdakı "Kaşifoğlu" obrazının yalnız kəşfiyyat qurumları daxilindəki çəkişmələri əks etdirmək məqsədilə uydurulduğunu ifadə edən Şaşmaz, heç kimin ölümünü əvvəlcədən bilmələrinin və ya buna işarə etmələrinin mümkün olmadığını qeyd edib.

Serialdakı qəbir daşları və nəqliyyat vasitələrinin dövlət nömrə nişanları üzərindən Prezident Ərdoğan və ailəsinə gizli mesajlar verilməsi ilə bağlı iddiaları da sərt şəkildə təkzib edən Şaşmaz, belə bir əməlin öz dəyərləri ilə üst-üstə düşmədiyini və o dövrün icarəyə götürülən avtomobil şərtlərində nömrə dəyişdirmək kimi bir halın mümkün olmadığını bildirib.

Təhqiqatdakı ən diqqətçəkən məqamlardan biri keçmiş rejissor Osman Sınavın serialdan ayrılma prosesinə dair təfərrüatlar olub. Sınavın ssenariyə müdaxilə etmək və fikir bildirmək tələblərini təhlükəli hesab edərək rədd etdiyini bildirən Şaşmaz, bu hadisədən sonra Sınavın hədələr aldığını iddia edərək övladlarının təhlükəsizliyini əsas gətirdiyini və layihəni tamamilə ona təhvil verdiyini açıqlayıb.

Şaşmaz həmçinin keçmiş polis rəisi Ali Fuat Yılmazer kimi şəxslərin ssenariyə müdaxilə etdiyi barədə şayiələri "ağır böhtan" kimi qiymətləndirib. FETÖ ilə birgə anılmağı böyük təhqir hesab etdiyini bildirən Şaşmaz, 15 İyul çevriliş cəhdi zamanı Çəngəlköydə şəxsən meydanda mübarizə apardığını xatırladaraq iddiaları qətiyyətlə rədd edib.

Musavat.com