Sosial şəbəkədə biz:

Tramp Ərdoğanı təriflədi: "Qızım sizi sevir"

11 November 2016, 20:04
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb. Publika.az bildirir ki, danışığın çox səmimi və müsbət keçdiyi deyilir. Tramp Ərdoğana "sizə çox böyük hörmətim var" deyə bildirib: "Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır. Sizi sevir". Telefon söhbətində İŞİD, FETÖ lideri Fəthullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.