Sosial şəbəkədə biz:

Turqut Özalın qardaşı vəfat edib

02 November 2016, 11:49
Gündəm
Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı Korkut Özal noyabrın 2-də vəfat edib. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, İstanbulda yaşadığı evdə dünyasını dəyişib. K.Özal noyabrın 4-də İstanbulda torpağa tapşırılacaq. Qeyd edək ki, K.Özal 1929-cu il mayın 29-da Türkiyənin Malatya bölgəsində anadan olub. O, 1974-1977-ci illərdə müxtəlif nazirliklərə başçılıq edib.