Azərbaycanda bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb. "Report"un məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1980-cı il təvəllüdlü Hüseynov Fədai Güloğlan oğlu tutulub. O, ifadəsi zamanı cinayatı törətdiyini etiraf edib.
Qeyd edək ki, Abşeron rayon Saray qəsəbəsinin sədri 1976-cə il təvəllüdlü Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov ötən gecə yaşadıqları evdə qətlə yetiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.