Sosial şəbəkədə biz:

“Şəfəq” fahişəxana imiş...

22 October 2016, 15:38
Gündəm
Xaçmaz rayonunda fahişəxana aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakini Ramin Namazov insan alveri ilə məşğul olub. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Ramin Namazovun Çarxı kəndində yerləşən “Şəfəq” restoranında gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.