Sosial şəbəkədə biz:

Bakıda küçə iti ilə qəddar rəftar edən oğlana etiraz: 'Başına oyun açacam' (VİDEO)

06 October 2016, 13:34
Gündəm
Bakıda iti parkdan kobudluqla çıxarmağa çalışan şəxs ətrafdakı insanların reaksiyasına səbəb olub. 
BAKU.WS-in redaksiyasına göndərilən videoda küçə heyvanına qarşı xoşagəlməz rəftar olduğu görünür. Paytaxt sakinlərindən biri iti azdırmaq istəyən gənc oğlanla mübahisə edib.
Polisə müraciət edəcəyini deyən xanım nə qədər cəht etsə də iti həmin şəxsin əlindən ala bilməyib. Əvəzində isə gənc ona cavab verib ki, yaxşı edir: "Hara istiyirsən şikayət et. İstəyirsən MTN-ə zəng elə".
Video internetdə yayıldıqdan sonra heyvansevərlərin kəskin reaksiyasına səbəb olub.