Sosial şəbəkədə biz:

Bəyaz Bakıya gəlməyəcək – Biletlər qaytarılır

05 October 2016, 13:06
Gündəm
Oktyabrın 7-də Heydər Əliyev Sarayında baş tutacaq “Bəyaz live” şousu təxirə salınıb. 
Musavat.com xəbər verir ki, artıq Türkiyədə yayımlanan anonslarda Bakı konsertinin adı yığışdırılıb.  Heydər Əliyev Sarayının rəsmisi də sosial şəbəkədə bilet alanlara səslənib:
“7 oktyabr tarixli "Beyaz Live" konserti ləğv edilib.
Alınan biletləri Sahil metrosu tərəfdə yerləşən Kontinental market yaxınlığındakı bilet köşkünə qaytara bilərsiniz”.
Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğlu olub. O, hələ konsertin təxirə düşməsi barədə açıqlama verməyib.
Proqramda  türkiyəli ifaçılar Ayla Çelik, Hakan Altuğ, İrem Derici, aktyor Tolqahan Sayışman, Röya qonaq olacaqdı.