Sosial şəbəkədə biz:

Həmid Herisçi iş axtarır - "Qırıldıq pulsuzluqdan"

01 October 2016, 16:52
Gündəm
Azinforum.az xəbər verir ki, tanınmış yazar Həmid Herisçi iş axtarır. O, bu barədə öz feysbuk səhifəsində məlumat verib. Həmid Herisçinin iş elanını olduğu kimi təqdim edirik: “SOS Neçə vaxtdı işsiz qalmışam. Pul-zad da yoxdu. Kim mənə görəsən adıma layiq bir iş təklif edəcək? Alman yazarı Remark deyir ki, bəs yazıçının çətin gündə iki ehtiyat meydançası var - restoran, kulinariya mövzularında yazmaq, yaxud idman yarışlarını şərh etmək. Buna da hazıram. Təki təkliflər olsun. Qırıldıq pulsuzluqdan.”