Sosial şəbəkədə biz:
Müdafiə naziri: "İlham Əliyev Ordudan razıdır"
Xəbər Şəkli

Müdafiə naziri: "İlham Əliyev Ordudan razıdır"

15 May 2025, 16:49
Gündəm

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib.

O, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.

Qeyd olunub ki, real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.