"QHT işi" üzrə ictimai fəal Asəf Əhmədov və sosial işçi Zamin Zəki ilə yanaşı, Əhməd Məmmədzadə barəsində də Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onunla da bağlı qərarın, digər iki şəxs kimi, aprelin 9-da verildiyi bildirilir.
Bu iş üzrə daha bir neçə şəxs, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun isə polis nəzarətinə verildiyi deyilir.
Bu məlumata, hələlik, Baş Prokurorluğun İstintaq idarəsindən münasibət almaq mümkün olmayıb.