Sosial şəbəkədə biz:

Türkiyədə əməliyyat: Admirallar saxlanıldı

09 July 2016, 12:15
Gündəm

Türkiyənin İzmir şəhərinin 10 rayonunda terror təşkilatı Fətullah Gülən qruplaşmasına (FETÖ/PDY) qarşı növbəti əməliyyat keçirilib.

“Anadolu” agentliyi xəbər verir ki, İzmir Baş Prokurorluğunun “İzmirdə hərbi casusluq” işi ilə bağlı saxta dəlillər hazırlanması ilə bağlı FETÖ/PDY-yə qarşı aparılan istintaq çərçivəsində istefada olan 6 hərbçi saxlanılıb. Onların arasında Hərbi Dəniz Qüvvələrinin iki admiralı və 4 yüksək vəzifəli hərbçisi var.