“Xovayev Azərbaycan-Ermənistan müqaviləsini müzakirə etmək üçün Bakıdadır”
“Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır”.
Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardımına gəlincə, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır, o, azərbaycanlı tərəfdaşlarla, o cümlədən sülh müqaviləsi mövzusunda təmaslar planlaşdırıb”, - Zaxarova bildirib.
O, Xovayevin regiona səfərini davam etdirəcəyini və yaxın vaxtlarda İrəvana da səfər edəcəyini qeyd edib.