BP-də çalışan 24 azərbaycanlı işini itirib
BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2353 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin ötən ilin yekunları üzrə hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, “BP-Azərbaycan”ın 2022-ci il üçün açıqladığı hesabatda deyilirdi ki, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub. Bu isə o deməkdir ki, son bir ildə BP şirkətində işləyən 24 Azərbaycan vətəndaşı öz işini itirib.