Bu il 800 minə yaxın abonent qaz limitini keçib - Video
Bu ilin yanvar-may ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 720 030 abonent 12 qəpik, 705 012 abonent 20 qəpik, 75 001 abonent isə 25 qəpik tarifi ilə təbii qazdan istifadə edib.
Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.