Sosial şəbəkədə biz:

Nazir “TikTok” rəsmiləri ilə görüşdü – Fotolar

01 June 2023, 16:53
Gündəm

Mədəniyyət naziri Adil Kərimli mayın 31-də ölkəmizdə səfərdə olan “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və platformanın nümayəndələri görüşüb.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keyfiyyətli rəqəmsal məzmunun yaradılmasının təşviqi Mədəniyyət Nazirliyinin vəzifələrindən irəli gəlir və bu baxımdan “TikTok” platformasının imkanlarından qeyd olunan istiqamətlərdə istifadə imkanları qiymətləndirilməlidir:
“Qeyd olunan məsələlərin həlli, bu platformanın daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir.
Qonaqlar “TikTok” platformasının fəaliyyət mexanizmləri və hüquqi çərçivələri haqqında nazirə ətraflı məlumat veriblər, Azərbaycan mədəniyyəti ilə bağlı məzmunun keyfiyyətinin artırılması üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.