Sosial şəbəkədə biz:

Ərdoğana hədiyyə edilən şir dörd bala dünyaya gətirdi - FOTOLAR

31 May 2023, 08:49
Gündəm

Sudanlı həmkarı Ömər əl-Bəşir tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən şir 4 bala dünyaya gətirib.

Məlumata görə, Sudan lideri 4 il əvvəl Ərdoğana 2,5 aylıq 4 şir (iki erkək və iki dişi) hədiyyə edib.

Bu gün dişi heyvanlardan biri dörd bala dünyaya gətirib. Hazırda vəhşi heyvanlar Qaziantep zooparkında saxlanılır.

Ana-şir və balalarının səhhətinın qənaətbəxş olduğu bildirilir.