Sosial şəbəkədə biz:

Ərdoğan İlham Əliyevə təqdim olunacaq avtomobildən danışdı - VİDEO

04 April 2023, 08:35
Gündəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq TOGG avtomobilindən danışıb. 

Jurnalistin zənn edirəm, bu avtomobildən İlham Əliyevə də gedəcək, sualına cavab olaraq Ərdoğan avtomobilin artıq Azərbaycana göndərildiyini bildirib və qeyd edib ki, 4 apreldə maşın Azərbaycan Prezidentinə təqdim ediləcək. 

Daha sonra isə Ərdoğan İlham Əliyevə təqdim olunacaq avtomobilin rəngini soruşub, məlum olub ki, avtomobil "Anadolu" (qırmızı) rəngindədir. 

https://www.youtube.com/watch?v=iWYXnWsxit0