Sosial şəbəkədə biz:

Faiq Ağayev: "Bu, mənim üçün ən böyük cəzadır"

26 December 2022, 08:34
Gündəm

Xalq artisti Faiq Ağayev uzun müddətdir solo konsert verməməsindən bəhs edib.

Axşam.az xəbər verir ki, bununla bağlı "Space maqazin"ə açıqlama verən müğənni solo konsertə hazırlaşdığını deyib:

"Pandemiya planlarımızı çox dəyişdi. 3 il konsertsiz qaldım. Bu, mənim üçün ən böyük cəzalardan biridir. Ümid edirəm ki, 2023-də tamaşaçıları ənənəyə uyğun olaraq dekabrda başıma toplayıb, solo konsert keçirəcəyəm".