Sosial şəbəkədə biz:

Sülh müqaviləsinin ilin sonuna qədər imzalanması planlaşdırılır

13 October 2022, 08:49
Gündəm

"Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər". Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.

Qriqoryan qeyd edib ki, sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyini güman edir.