Bakıda "Papanin" adlanan ərazidə narkomanların tüğyan etməsi yerli sakinləri özündən çıxarıb. Belə ki, onlar narkomanların əlindən nə gecələri, nə də gündüzlərinin olmadığını bildiriblər.
Nail Kəmərlinin "Youtube" kanalına danışan sakinlər hüquq-mühafizə orqanlarından bu məsələyə əncam çəkmələrini istəyiblər. Gecə olan kimi narkomanların aktivləşdiyini deyən sakinlər səhərə kimi yata bilmədiklərini deyiblər.
Ətraflı video materialda izləyə bilərsiniz: