Sosial şəbəkədə biz:

General oğlu restoran açdı

01 August 2022, 09:10
Gündəm

Dünən Salyan rayonu ərazisində “Yolüstü” adlı restoranın açılış mərasimi keçirilib.

Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.

Pravda.az Demokrat.az-a istinadən xəbər verir ki, həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur. Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub.