Nazir vətəndaşları sudan səmərəli istifadə etməyə çağırdı
"Vətəndaşlar sudan səmərəli istifadə etməyə maraq göstərməlidirlər".
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “REAL TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan su ilə bağlı stress yaşayan ölkələrdəndir: "Təəssüf ki, sudan istifadədə hələ də istədiyimiz nəticəyə nail ola bilməmişik. Bu gün ölkədə olan suyun həcminin 90 %-dən çox hissəsi regionlarda kənd təsərrüfatı üçün təmin edilir”.