Sosial şəbəkədə biz:

“Heç vaxt erməni öldürə bilmərəm…” - Fikrət Qoca

03 April 2016, 10:24
Gündəm
Heç vaxt düşmənimi vura bilmərəm. Bu sözləri xalq şairi Fikrət Qoca ermənilərə münasibəti haqda Axar.az-a danışarkən deyib. O, çox az erməni ilə ünsiyyətdə olduğunu bildirib: “Mən Moskvada oxuyanda bizim qrupda ermənilər az idi. Ona görə də mən onlarla ünsiyyətdə olmamışam. Amma bir-iki erməni şairini tanıyıram. Heç vaxt erməni belə olsa, öldürə bilmərəm. Çünki mən həmişə sözlə həll etmişəm hər şeyi. Dava-qan kimi şeylərlə həmişə mübarizə aparmışam. İndi də aparıram. Dünyada baş verən müharibələr, uşaq ölümləri məni çox narahat edir”.