Sosial şəbəkədə biz:

Türkiyəli müğənni evində ölü tapıldı – FOTO

02 April 2016, 12:52
Gündəm
Qonşular şübhələnərək polisə müraciət ediblər.
Mahnıları ilə 70-ci illərə damğasını vuran türkiyəli müğənni və bəstəkar Aydın Tansel Bodrumdakı evində ölü tapılıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qonşuları 71 yaşlı ifaçının uzun müddət ortalıqda görünməməsindən şübhələnərək polisə müraciət ediblər.
Polis əməkdaşları məşhurun evinə daxil olaraq onun cansız cəsədiylə qarşılaşıblar.
Verilən məlumata görə, müğənni infarkt keçirərək həyatını itirib.