Sosial şəbəkədə biz:

Cavid Qurbanov sabiq deputatın şirkətini məhkəmə verdi

08 April 2022, 08:49
Gündəm

"Azərbaycan Dəmir Yolları" QSC "Karat holding" MMC-ni məhkəmə verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, QSC bu barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Lakin iddia tələbin nədən ibarət olduğu açıqlanmayıb.

İş hakim Zeynəb Axundovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: Holdinq sabiq deputat Əsabil Qasımova məxsusdur.