Sosial şəbəkədə biz:

“Qalatasaray“ın stadionu Ginnesin Rekordlar Kitabına düşdü

21 March 2022, 15:31
Gündəm

"Qalatasaray"ın ev oyunlarını keçirdiyi "NEF Stadionu" Ginnesin Rekordlar Kitabına düşüb.

Arena günəş enerjisi ilə işləyən ən güclü stadion seçilib.

2011-ci il yanvarın 11-də istifadəyə verilən "NEF Stadionu" 53 000 azarkeş tutumuna malikdir. Arenanın inşası 128 000 000 avroya başa gəlib.