Sosial şəbəkədə biz:

DTX tərəfindən saxlanılan polkovniklə bağlı qarar verildi

14 March 2022, 17:12
Gündəm

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevlə haqda qərar verilib.

" Azinforum.az " xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən F.Mirzəyevlə bağlı verilən təqdimata baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha öncə xəbər verdiyimiz kimi, sabiq rəis 2020-ci il iyununda MN-dəki vəzifəsindən çıxarılıb. Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.