Sosial şəbəkədə biz:

"Azərbaycanla sülh sazişinin imzalanması hökumətin prioritetidir" - Ermənistan XİN

07 March 2022, 13:39
Gündəm

Azərbaycanla sülh sazişinin imzalanması Ermənistan hökumətinin prioritetlərindən biridir.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan deyib.

O bildirib ki, regional dəhlizlərin açılması da hökumət üçün prioritetdir və bu istiqamətdə konkret addımlar atılır.