Sosial şəbəkədə biz:

Yas mərasimlərinin keçirilməsinə icazə verilir

05 March 2022, 20:28
Gündəm

Sabahdan Azərbaycanda yas mərasimlərinin təşkilinə və keçirilməsinə icazə veriləcək.

Belə ki, bu, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qərara əsasən, 2022-ci il 6 mart tarixindən dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə icazə veriləcək.