Sosial şəbəkədə biz:

Medvedyev Fransanı hədələdi: "Çıxışınıza diqqət edin, cənablar!"

01 March 2022, 17:21
Gündəm

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransanı hədələyib.

Bu barədə o “Twitter”də paylaşım edib:
"Bəzi fransız nazirlər bu gün deyiblər ki, bizə iqtisadi müharibə elan ediblər. Çıxışınıza diqqət edin, cənablar! Və unutmayın ki, bəşəriyyət tarixində iqtisadi müharibələr çox vaxt real müharibələrə çevrilib".