Sosial şəbəkədə biz:

Mirqafar Seyidov təqaüdə göndərildi

05 February 2022, 13:21
Gündəm

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovu təqaüdə göndərib.

Qafqazinfo xəbər verir ki, nazirin əmri ilə general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Mirqafar Seyidov 2014-2021-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.