Sosial şəbəkədə biz:

"Hazırda 161 şagird koronavirusa yoluxub, 87 sinif distant tədrisə davam edir"

24 January 2022, 16:48
Gündəm

Hazırda Azərbaycanda 1 məktəb və 87 sinif distant formada tədrisə davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, dünənə olan məlumata əsasən ölkədə faəliyyət göstərən ümumtəhsil müəssisələrində oxuyan 161 şagird koronavirusa yoluxub.

Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.