Sosial şəbəkədə biz:

Azərbaycanda keçmiş deputatlığa namizəd İNTİHAR ETDİ

26 December 2021, 13:20
Gündəm

Keçmiş deputatlığa namizəd, AMİP fəalı Nigar Əlicanlı özünü öldürüb. Bu barədə Lent.az-a N.Əlicanlının yaxınları xəbər verib.

Məlumata görə, onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, N.Əlicanlı AMİP-in fəal üzvlərindən olub. O, bir neçə dəfə Qax rayonundan deputatlığa namizəd olmuşdu.