Sosial şəbəkədə biz:

Ankara terrorçusu YPG mənsubu olub - Rəsmi açıqlama

15 March 2016, 20:32
Gündəm
Türkiyə daxili işlər nazirliyi Ankara terrorçusu ilə bağlı rəsmi açıqlama verib. Musavat.com-un məlumatına görə, Ankarada terror aktı törədən 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir olduğu öz təsdiqini tapıb. Məlumata görə yazılı açıqlamada terrorçunun YPG qruplaşması ilə bağlə olduğu bildirilib. Açıqlamada yazılıb: “Mənfur terroru törədən Səhər Çağla Dəmir 2013-cü ildə PKK terror təşkilatına, daha sonra isə, Suriyaya keçərək YPG terror qruplaşmasına qoşulub ”.