Sosial şəbəkədə biz:

Koronavirus daha bir müğənnini komaya saldı

16 September 2021, 13:20
Gündəm

Zığda yerləşən modul tipli xəstəxanada koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu haqda müğənninin kürəkəni Razim Qarayev məlumat verib. Onun sözlərinə görə, S. Əlizadə xəstəxanaya yerləşdirilən gündən komadadır, süni tənəffüs aparatına qoşulub.

İfaçının koronavirusa yoluxan xanımının müalicəsi palatada davam etdirilir. Onun vəziyyəti normaldır.