Sosial şəbəkədə biz:

Azərbayanda çörək sexində partlayış: Ölən var

30 August 2021, 08:56
Gündəm

Şirvanda çörək sexində partlayış baş verib.

Hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil. APA