Sosial şəbəkədə biz:

"Vəziyyətim qoz kimidir" - Əli Həsənov

10 August 2021, 09:10
Gündəm

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun səhhətinin yenidən ağırlaşması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Ə.Həsənov Manset.az-a açıqlamasında sağlıq durumunun yaxşı olduğunu bildirib:

"Hərə ağzına gələni yazır.Mən belə söhbətlərə məhəl qoymuram.Səhhətimin pis və ya yaxşı olmasının kimə nə aidiyyatı var? Hər şey yaxşıdır.Vəziyyətim qoz kimidir".