Sosial şəbəkədə biz:

"İsraillə münasibətləri bərpa etməyəcəyik"

11 July 2021, 12:18
Gündəm

"Ölkəmiz İsrail ilə münasibətləri normallaşdıran üçüncü Körfəz ölkəsi olmayacaq".

Unikal.org xəbər verir ki, bu açıqlama ilə Oman xarici işlər naziri Bədr əl-Busaidi çıxış edib.

"Fələstin xalqının qanuni hüquqlarının tərəfdarıyıq və nəticədə dövlətlərin qəbul etdikləri qərarlara hörmət göstərdiyimiz kimi, onların da bizim qərarlarımıza hörmət etmələrini gözləyirik", - Busaidi vurğulayıb.