Sosial şəbəkədə biz:

Əli Qoç yenidən “Fenerbahçe”nin prezidenti seçildi

27 June 2021, 12:29
Gündəm

Əli Qoç yenidən Türkiyənin “Fenerbahçe” futbol klubunun prezidenti seçilib.

Seçkilərdə yeganə namizəd olan 54 yaşlı funksioner 6 459 səs toplayıb.

Qeyd edək ki, Əli Qoç 2018-ci ildən İstanbul təmsilçisinin rəhbəridir.

Xatırladaq ki, “Fenerbahçe”nin sabiq prezidenti Əziz Yıldırım seçki öncəsi mətbuat konfransı keçirərək Əli Qoça sərt ittihamlar səsləndirmişdi.