Sosial şəbəkədə biz:

İtlərin hücumundan qorxuya düşən məktəbli vəfat etdi — FOTO

27 March 2021, 15:41
Gündəm

Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlərin hücum etməsindən 5 gün sonra o dünyasını dəyişib.

Rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.

Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

Göyçayda itlərin hücumundan qorxuya düşən məktəbli vəfat etdi