Sosial şəbəkədə biz:

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

15 March 2021, 09:35
Gündəm

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Oxu.Az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Dərslər iki həftə distant formada davam etdiriləcək.
Qeyd edək ki, məktəbdə IX siniflər üçün keçirilməsi planlaşdırılan imtahanlar da ləğv olunub.