Sosial şəbəkədə biz:

Koçaryan: "Biz Rusiyanın müttəfiqi kimi məğlub olduq"

04 March 2021, 17:25
Gündəm

"Azərbaycan Türkiyənin müttəfiqi kimi qalib gəldi".

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu sabiq Ermənistan prezidenti Robert Koçaryan keçirdiyi mətbuat konfransında deyib.

"Biz Rusiyanın hərbi-siyasi müttəfiqi kimi məğlub olduq, Azərbaycan isə Türkiyənin hərbi-siyasi müttəfiqi kimi qalib gəldi. Türkiyənin regionda fəaliyyəti güclənib", - deyə Koçaryan söyləyib.