Sosial şəbəkədə biz:

Millimizin üzvü “Barselona“ya qol vurdu

20 February 2021, 13:31
Gündəm

Futzal üzrə Çempionlar Liqasında 1/8 finalın oyunları keçirilib.

Millimizim üzvü Eduardonun da çıxış etdiyi "Aner-Villnev" (Fransa) "Barselona" (İspaniya) ilə qarşılaşıb. Matç Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb- 2:1.

Fransa təmsilçisinin oyundakı yeganə qolunu Eduardo vurub. O, 9-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Aner-Villnev" bu mərhələdə uduzmaqla  turnirlə vidalaşıb.